"Bəzən intihar məqsədilə özlərini yandırırlar" - Baş həkim

"Bəzən intihar məqsədilə özlərini yandırırlar" - Baş həkim
  26 Fevral 2018    Oxunub:2502
"Ötən il Respublika Yanıq Mərkəzinə ən çox qaynar sudan yanan şəxslər müraciət edib"

Bunu AzVision.az-a açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov bildirib. Onun sözlərinə görə, müraciət edənlər arasında ikinci yerdə qaz partlayışı nəticəsində xəsarət alan xəstələr yer alır.
“Bunlar əsasən təcrübəsiz şəxslərdir. Belə ki, işdə və ya evdə qazı açıq qoyub yatırlar, nəticədə belə faciələr baş verir. Çox vaxtı alov yanığında bədən səthinin 70-100 faizi yanır. Belə şəxslərin həyatda qalma şansı olduqca azdır. Yanıq Mərkəzinə istehsalat travmaları nəticəsində yanan şəxslər də müraciət edib".

Ş.Məmmədov yanıq xəsarətindən ölüm hallarının az olduğunu qeyd edib: "Bu sırada qaz partlayışları öndədir. Bəzən intihar məqsədilə özlərini yandıranlar da olur. Onlar bizə müraciət edirlər. Bunlar daha çox ailədaxili münaqişələr zamanı özünü yandıranlardır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Yanıq-Mərkəzi   Baş-Həkim  





Xəbər lenti