Məktəblərdə ilk dərslər Xocalıya həsr ediləcək

Məktəblərdə ilk dərslər Xocalıya həsr ediləcək
  20 Fevral 2018    Oxunub:2536
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək.
BŞTİ-dən AzVision.az-a verilən məlumata görə, dərslər Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlanacaq.

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən tədris olunacaq dərslər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban verən vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək, Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.

Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə və mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlər barədə məlumat verəcəklər. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikası və soyqırımı törədənlərdən bəhs ediləcək.

Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar təhsil müəssisələrinin kollektivi faciənin şahidləri ilə görüşəcək, “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.

AzVision.az


Teqlər: BŞTİ   Xocalı  





Xəbər lenti