Əhalinin gəlirləri 11,7 faiz artıb

Əhalinin gəlirləri 11,7 faiz artıb
  17 Fevral 2018    Oxunub:2088
Yanvar ayında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq ayına nisbətən 11,7 faiz artaraq 3882,3 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 396,9 manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3576,4 milyon manatlıq vəsait qalıb.

AzVision.az


Teqlər: Statistika-Komitəsi   Əhali   Gəlir  





Xəbər lenti