“ExxonMobil” korporasiyası BTC layihəsinin səhmdarı olub

“ExxonMobil” korporasiyası BTC layihəsinin səhmdarı olub
  17 Fevral 2018    Oxunub:2142
Dünyanın ən böyük neft şirkətlərindən biri olan ABŞ-ın “ExxonMobil” korporasiyası Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) layihəsinin səhmdarı olub.
AzVision.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin məlumatında bildirilib.

Məlumata görə, “BTC Co.”nun səhmdarları arasında dəyişiklik olub. Belə ki, “ExxonMobil” şirkəti “BTC Co.”nun səhmdarı olan “CIECO” şirkətinin 2,5 faizlik səhmini alıb.

Hazırda “BTC Co.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Statoil” (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5,00 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz) şirkətləridir.

Qeyd edək ki, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan 2017-ci ilin sonunadək BTC ilə ümumilikdə 383 milyon tondan çox (təxminən 2,87 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 3 min 758 tankerə yüklənərək dünya bazarına göndərilib.

AzVision.az


Teqlər: BTQ   ABŞ   Layihə  





Xəbər lenti