Dörd rayonda modul tipli 8 məktəb quraşdırılacaq

Dörd rayonda modul tipli 8 məktəb quraşdırılacaq
  16 Fevral 2018    Oxunub:2423
Prezident İlham Əliyev fevralın 16-da “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında cəmi 444 şagird yerlik modul tipli 8 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon 590 min manatı Təhsil Nazirliyinə ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Məktəb  





Xəbər lenti