Sizin çəpiş müəllim

Sizin çəpiş müəllim
  30 Sentyabr 2013    Oxunub:1837
Etibar Hüseynov

Saytlarda keçmiş millət vəkili Gültəkin Hacıyevanın 5 il əvvəl YAP-ın İlham Əliyevə dəstək mitinqindəki çıxışı yayılıb. Tribunada ağızdolusu danışmaqdan az qala nəfəsi kəsilən qırmızı koftalı, yaşıl tumanlı bu xanım çıxışını "İlham Əliyevin heç bir vəkilə, təbliğata ehtiyacı yoxdur. Yaşasın bizim prezidentimiz İlham Əliyev",- deyə yekunlaşdırır.
O Gültəkin Hacıyeva ki, seçkilərdə məglub olub deputat seçilməyəndən sonra cəbhəsini dəyişib və indi də qatı müxalifətçiyə çevrilib. İndi xanım Hacıyeva eyni emosiyalarla guya ki, bu iqtidarın nə qədər pis, müxalifətinsə nə qədər yaxşı olmasını aşılamağa çalışır.

Deyirəm, nə yaxşı ki, televiziyalar var və kimin kim olmasını aşkarlamaq çətin deyil. Amma bu kadrların müxalifət düşərgəsində bir kimsəni narahat edəcəyini qətiyyən ağlınıza gətirməyin. Bu, onlar üçün adi bir faktdır. Çünki özləri də elə Gültəkin Hacıyevanın tayıdırlar. Ona görə də, korun kora `kor` deyib, bağrını çatltmasına heç bir hacət yoxdur. Hamısının əskisi tüstülü, keçmişləri qaranlıqdır. Hamısı şəxsi ambisiyaları həyata keçmədiyindən dönüb atəşli müxalifətçiyə çevriliblər. Elə ona görə də prezident seçkilərində kənara çəkilib, xammal kimi Cəmil Həsənlini qabağa verdilər.

Amma Azərbaycan cəmiyyəti Cəmil Həsənlinin də hansı yuvanın quşu olduğunu yaxşı bilir. Yaxşı bilir ki, Cəmil Həsənli də eynən Gültəkin kimi 10 il ərzində bu iqtidarı alovlu şəkildə müdafiyə eləyib və bu gün həyata keçməyən şəxsi iddialarına görə guya ki müxalif obrazına girib. Bir çoxları Cəmil Həsənliyə sadəlöhv, siyasətdən uzaq birisi olduğuna görə ona “Cəbiş müəllim” adını verdi. Bu adın uğurlu tapıntı olduğunu etiraf edənlər də oldu. Amma zaman keçdikcə buynuzlar göründü və ona görə də, bu ad da ona heç yaraşmadı zatən.

“Bizim Cəbiş müəllim” filmini xatırlayırsınız, yəqin ki. Orada Cəbiş müəllim gözlərinin zəif olmasına baxmayaraq, ön cəbhəyə can atır, vətənə, millətə xeyir vermək istəyir. Amma müxalifətin Cəbiş müəllimi isə tam əksinə imiş. Bunu mətbuatda yayımlanmış bir sıra sənəd-sübutlar da təsdiq edir. Belə ki, Cəmil Həsənli də 2011-ci il iyunun 22-də, yəni böyük Vətən Müharibəsinin başlamasının ildönümündə tibbi komissiyaya yollanıb və yoxlamadan keçib. Amma Çəbiş müəllimdən fərqli olaraq, Çəmil müəllim özünə saxta sənəd düzəldib və guya ki, gözlərinin zəif olmasını bəhanə gətirərək, pensiyaya 2 il əvvəl çıxıb və yüksək müavinət (2000 manat) almağa başlayıb.

Cəmil Həsənliyə verilən sənədə əsasən, guya ki, onun şəkəri çox yüksək, görmə qabiliyyəti həddən ziyadə zəifdir. Ona görə də, o, pensiyaya vaxtından əvvəl çıxmalı və agır işdə çalışmamalıdır. Hətta bu sənədin saxta olmamasını qəbul etsək belə, ortaya maraqlı suallar çıxır: elədirsə, onda nədən Cəmil Həsənli prezidentlik kimi agır və məsuliyyətli bir vəzifəyə can atır?

Məncə, əlavə şərhə ehtiyac qalmır. Və Cəmilin heç də Çəbiş müəlim qədər aciz və sadəlövh olmadığı üzə çıxır.
Bəs elə isə Cəmil müəllim kimdir? O, sadəcə müxalifət düşərgəsi tərəfindən bütün günah və məsuliyyətlər üzərinə yüklənərək ortaya buraxılan birisidir. Azərbaycanca buna “günah keçisi”, Rusca “kazyol otpuşeniya” deyirlər.

Dini rəvayətlərə görə, qədim iudeyada israil oğulları ildə bir dəfə dini ritual keçirirlərmiş. Və bu zaman bir keçi və ya cəpişi götürər, guya ki bütün günah və bəlaları ona yükləyib, sonrasa səhraya buraxırlarmış. Bax, bu qədər bəsit. Ona görə də, bugünkü Cəmil müəllim də mənə sadəlöhv Cəbişi deyil, həmin qurbanlıq çəpişi daha çox xatırladır.




Teqlər:





Xəbər lenti