“Bizə Osmanlının yeni varisləri deyirlər”

“Bizə Osmanlının yeni varisləri deyirlər”
  04 Mart 2013    Oxunub:1491
"Heç bir ölkənin torpağında gözümüz olmayıb və olmayacaq”
Bu barədə Türkiyə xarici işlər naziri Davudoğlu bildirib. Heç kimlə savaşmadan, düşmənçilik, hörmətsizlik etmədən, təkrar Sarayevanı Dəməşqlə, Benqazini Ərzurumla, Batumla birləşdirəcəyik –deyən Davudoğlunun sözlərinə görə, ötən əsr Türkiyə üçün çərçivə əsri olub və bu gün çərçivədən çıxmağa yetəri qədər gücümüz var.

Xarici işlər naziri vurğulayıb ki, 110 il əvvəl Yəmən ilə Skopye bir ölkənin parçalarıydı, Ərzurum ilə Benqazi də həmçinin.
Davudoğlu bildirib ki, buna görə biz türklərə “ Osmanlının yeni varisləri” deyirlər.
“Bu, bizim üçün böyük şərəfdir. Bizim heç vaxt, heç bir ölkənin torpağında gözümüz olmayıb və olmayacaq" - deyə Ə.Davudoğlu bildirib.

Suriya və Qərbi Afrikada baş verənlər qarşısında Türkiyənin üzərinə düşən vəzifənin ən yaxşı şəkildə yerinə yetirildiyini deyən Davudoğlu, "Şiə-sünni, türk-kürd, ərəb-kürd, Müsəlman-Xristian qarşıdurması çıxarmaq istəyənlərin müvəffəqiyyət qazana bilməyəcəyini də vurğulayıb.

Azvision.az


Teqlər:  





Xəbər lenti