Rəhbər vəzifədə işləmək istəyənlərin nəzərinə!

Rəhbər vəzifədə işləmək istəyənlərin nəzərinə!
  09 Yanvar 2018    Oxunub:2748
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 27 yanvar 2018-ci il tarixdə dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahana qeydiyyat bu gündən başlayaraq, yanvarın 24-dək aparılacaq.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.

Qeyd edək ki, dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə inzibati rəhbər vəzifələr üzrə (A növü) 204 vakant vəzifə təqdim olunub. Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (171 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (10 vakant vəzifə), Dəniz Administrasiyası (6 vakant vəzifə), Dini Qurumlar üzrə Dövlət Komitəsi (4 vakant vəzifə), Mülki Aviasiya Administrasiyası (4 vakant vəzifə) tərəfindən təqdim olunub.

Əlavə olaraq bildiririk ki, rəhbər vəzifələrə aid olan 198 vəzifə üzrə dövlət qulluğuna qəbul üçün 27 dekabr 2017-ci il tarixdə müsabiqənin müsahibə mərhələsi elan edilib və həmin vəzifələr üzrə müsahibədə iştirak üçün qeydiyyat yanvar;n 25-dək davam edəcək.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti