Xocəsən gölu təmizlənəcək

Xocəsən gölu təmizlənəcək
  21 Dekabr 2017    Oxunub:2973
AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi iclası keçirilib.
Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən xəbərə görə, Elmi seminarında Xəzər Universitəsinin kafedra müdiri, Rövşən Abbasov “Xocasən gölünün su balansı” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Abşeron yarımadasının qərb hissəsində yerləşən Xocəsən gölü Abşeron göllərinin bərpası planı çərçivəsində təmizlənməsi nəzərdə tutulan əsas göllərdən biridir. Bu plana əsasən Xocəsən gölü təmizlənəcək, ətraf ərazilərdə isə mədəniyyət və istirahət yerləri yaradılacaq.



Gölün su balansını hesablayarkən mövcud iqlim məlumatlarından, çöl işlərinin nəticələrindən və hidroloji modellərdən istifadə edən tədqiqatçı müəyyən edib ki, gölə tökülən çirkab sularının dayandırılması qısa müddət ərzində göl ekosistemində müsbət nəticələrə səbəb olsa da, uzunmüddətli dövr üçün mənfi nəticələr də verə bilər. Bildirilib ki, hazırda sürətli urbanizasiya nəticəsində göl özünün əsas təbii su mənbələrinin bir qismindən məhrum olub və bu təbii mənbələri Xocəsən qəsəbəsindən daxil olan çirkab suları əvəz edib.



Göl hövzəsinə düşən yağıntıların da böyük bir qismi bu çirkab sulara qarışır. Əgər bu çirkab suları mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşularsa, gölün səviyyəsi tədricən azala bilər. Bu isə Xocəsən gölünün axarsız gölə çevrilməsinə və tədricən şorlaşmasına səbəb olar. Buna görə də gölün səviyyəsini saxlamaq üçün göl hövzəsində sutəmizləmə qurğularının tikilməsi və təmizlənmiş suların gölə axıdılması daha məqsədəuyğun hesab olunur.

AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti