Ələt-Astara yolunda ağır qəza

Ələt-Astara yolunda ağır qəza
  24 Sentyabr 2013    Oxunub:1349
Salyan rayonunda Ələt-Astara yolunun 77-ci kilometrliyində vətəndaşa məxsus “SUPER MAZ” və “KAMAZ” markalı 2 yuk avtomobili toqquşub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Salyan rayonunda Ələt-Astara yolunun 77-ci kilometrliyində vətəndaşa məxsus “SUPER MAZ” və “KAMAZ” markalı 2 yuk avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, “KAMAZ” markalı avtomobilin sürücüsü 1962-ci il təvəllüdü Cabbarov Mirhadı Abdulqafar oğlu həlak olmuş, sərnişini xəsarət alıb. “SUPER MAZ” markalı minik avtomobilinin sürücüsü isə yaralanıb. Hadisə yerinə cəlb edilən xilasedicilər xüsusi alət və avadanlıq vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan yaralıları və M.Abdulqafarovun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 04:30-da başa çatıb. Hadisə yerindən qayıdarkən hava şəraiti ilə əlaqədar “MERCEDES” markalı avtomobil yoldan çıxaraq köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər həmin avtomobili xüsusi alət və avadanlıq vasitəsilə təhlükəsiz yerə çəkiblər.


Teqlər:  





Xəbər lenti