“Bu büdcə 100 illiyin büdcəsi olacaq” - Komitə sədri

“Bu büdcə 100 illiyin büdcəsi olacaq” - Komitə sədri
  07 Noyabr 2017    Oxunub:1786
Milli Məclisdə 5 komitənin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə edilir.
AzVision.az-ın məlumatına görə, iclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi Azərbaycanın tarixində böyük hadisədir. Onun sözlərinə görə, Azərbaycan qlobal transmilli layihələrdə uğurla iştirak edir.

“Bu, Azərbaycanın dinamik inkişafını daha da artıracaq. Rəqabət qabiliyyətinə görə, Azərbaycan 35-ci yerdədir. Ümumilikdə, iqtisadi islahatların dərinləşməsi istiqamətində mühüm işlər görülür”.

Komitə sədri xatırladıb ki, ötən gün cənab prezident “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (“ASK” ASC) yaradılması haqqında fərman imzalayıb: “Bu korporasiya Azərbaycanın emal sahəsinin inkişafında böyük rolu olacaq. Son zamanlar 10-larla qanunlarda dəyişiklik edilib və investisiya mühitinin inkişafı üçün addımlar atılıb. Bildiyiniz kimi gələn il Azərbaycanın Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. Eyni zamanda bu büdcə 100 illiyin büdcəsi olacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Ziyad-Səmədzadə  





Xəbər lenti