Tələbələr iş üçün `Google` və `Microsoft`u seçir

Tələbələr iş üçün `Google` və `Microsoft`u seçir
  18 Sentyabr 2013    Oxunub:1214
Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrində tələbələr ən çox `Google`, `Microsoft` və `Ernst & Young` şirkətlərində işləmək istəyirlər.
`Universum` şirkəti apardığı tədqiqat nəticəsində bu qənaətə gəlib. AzVision.az xəbər verir ki, şirkətin apardığı sorğuda Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İtaliya, Yaponiya, Rusiya, Böyük Britaniya və ABŞ-dan təxminən 200 min tələbə iştirak edib.

Şirkət maliyyə fakültəsi və texnologiya ixtisasının tələbələri üçün iki reytinq təşkil edib. `Google` bu reytinq üzrə iqtisadçılar və mühəndislər üçün ən cazibədar işə götürən şirkət kimi yer alıb. `Microsoft` və `Apple` şirkətləri də hər iki reytinq üzrə onluğa daxil olub.

Ekspertlər bildiriblər ki, tələbələr əmək bazarında uğurla addımlayan, əməkdaşlarına peşəkar təhsil və inkişafın müxtəlif variantlarını təklif edən işə götürənləri tez-tez seçirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti