`Ərdoğanın Gürcüstana bağlılığı var`

`Ərdoğanın Gürcüstana bağlılığı var`
  18 Sentyabr 2013    Oxunub:1081
Etnik gürcülər gürcü dilində təhsil almalıdır.
AzVision.az xəbər verir ki, Türkiyəyə səfəri zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili Samsun rayonunun kəndlərində yaşayan etnik gürcülərlə görüşüb və onlara Gürcüstan vətəndaşlığının verilməsi barədə imzalanmış akt təqdim edib.

Vətəndaşlıq verilməsi haqqında akt Türkiyə ərazisində yaşayan 1000 etnik gürcüyə verilib. Georgia Online bildirib ki, prezident əvvəlki səfəri zamanı həmvətənlərinə verdiyi vədi yerinə yetirib.

Səfər ərəfəsində prezident Türkiyədə etnik gürcülərin gürcü dilində təhsil alması məsələsinə toxunub. “Türkiyə hökuməti ilə kifayət qədər intensiv əlaqəmiz vardır. Baş nazir Ərdoğan Gürcüstana dost münasibət bəsləyir. O açıq şəkildə söyləyib ki, onda Gürcüstana bağlılıq vardır. Buradakı məktəblərdə təhsil laz dilində aparılır, lakin etnik gürcülərə gürcü dilində təhsil verilməlidir” - Saakaşvili vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti