Əsədə Rusiya bankları yardım edib

Əsədə Rusiya bankları yardım edib
  18 Sentyabr 2013    Oxunub:1125
ABŞ senatorları Rusiya banklarını cəzalandırmağa çağırıb.
AzVision.az xəbər verir ki, senator Riçard Blumental ABŞ prezidenti Barak Obama administrasiyasını, Suriya hökumətinə kömək edən Rusiya banklarını cəzalandırmağa çağırıb. Onun sözlərinə görə, məhz Rusiyanın maliyyə təşkilatlarının maliyyə dəstəyi ilə Bəşər Əsəd müharibəni davam etdirir.

“Biz onların hesablarını dondura bilərik. Həmçinin onlara ABŞ-da bizneslə məşğul olmasına, əməkdaşlarının ABŞ ərazisinə daxil olmasına qadağa qoya və ruslara güclü maliyyə zərbəsi vura bilərik” - Blumental deyib.

Senator həmkarları ilə birlikdə, Suriya rejimi ilə əməkdaşlıq edən banklara göstəriş verilməsi üçün Maliyyə Nazirliyinə məktub göndərib. Məktubda Bəşər Əsədin şəxsi hesablara malik olduğu Gasprom bank, VTB daxil olmaqla digər bankların adları çəkilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti