Suriya Rusiyaya kimyəvi silahla bağlı dəlil verdi

Suriya Rusiyaya kimyəvi silahla bağlı dəlil verdi
  18 Sentyabr 2013    Oxunub:1261
Suriya hökuməti Dəməşqdə kimyəvi silahla hücum haqqında Rusiya diplomatlarına materiallar verib.
AzVision.az xəbər verir ki, Suriya paytaxtında olan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Suriya tərəfi həmin materiallarla döyüşçülərin kimyəvi silah hücumunda iştirakını sübut etməyə çalışır. Rusiya Xarici İşlər Nazirliyi Dəməşqlə bağlı məlumatları araşdırmağa başlayıb. Rusiya diplomatlarına təqdim olunana informasiyanın təfərrüatları və onun analizi üçün nə qədər vaxt sərf olunacağı barədə açıqlama verilməyib.

Rusiyanın BMT-də daimi nümayəndəsi Vitali Çurkin, Suriya münaqişəsinə xarici müdaxilə üçün yönəldilmiş genişmiqyaslı təxribat adlandırdığı kimyəvi silah hücumunu araşdırmağı təklif edib. Çurkin bu barədə sentyabrın 17-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 68-ci sessiyasının iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Rusiya BMT komissiyası Suriyada kimyəvi silah tətbiqinin digər tərəflərinin araşdırılması üçün Suriyaya qayıdacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti