9 ayda 12 körpü, 4 piyada keçidi tikilib

9 ayda 12 körpü, 4 piyada keçidi tikilib
  24 Oktyabr 2017    Oxunub:1542
Cari ilin 9 ayı ərzində ümumi isifadədə olan avtomobil yollarında və Bakı şəhərində 12 ədəd yeni körpü tikilib, 10 ədədi isə təmir edilib və 4 ədəd piyada keçidi tikilib.
AzVision.az-ın məlumatına görə, bu barədə "Azəravtoyol" ASC-nin 2017-ci ilin 9 ayı ərzində yerinə yetirdiyi işlər barədə hesabatında deyilir.

Eyni zamanda Azərbaycanın 48 rayonunda 6 respublika əhəmiyyətli, 41 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, bir körpü və yeraltı piyada keçidinin tikintisi layihəsi üzrə tikinti və yenidənqurma işləri davam etdirilib.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, 59 layihənin həyata keçirilməsi, 1,7 milyon nəfər əhalinin yaşadığı 548 yaşayış məntəqəsini əhatə edəcək, onların 1401,1 km uzunluğunda rahat avtomobil yollarından istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını (pambıq, barama, tütün və. s) və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan verəcək.

“Sərəncamlarda nəzərdə tutulan layihələrdən 24-nün icrası başa çatdırılıb. Bu imkan verib ki, 177 yaşayış məntəqəsində yaşayan 738,5 min nəfər əhali 445,5 km uzunluğunda rahat, təhlükəsiz avtomobil yollarından istifadə etsin”.

Hesabatda deyilir ki, yaxın vaxtlarda piyadaların təhlükəsiz hərəkəti üçün "Təzəpir" məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin, həmçinin məscidin qarşısındakı 12,6 min kvadratmetr sahədə 360 yerlik avtomobil dayanacağı, müxtəlif iaşə obyektlərinin tikintisi nəzərdə tutulur.

AzVision.az


Teqlər: yol   təmir  





Xəbər lenti