“Əl-Qaidə” girovlar haqqında məlumat yaydı

“Əl-Qaidə” girovlar haqqında məlumat yaydı
  17 Sentyabr 2013    Oxunub:1846
“İslam məğribində Əl-Qaidə” terror təşkilatı yeddi oğurlanmış əcnəbilər barədə mətbuatda video yayıb.
AzVision.az xəbər verir ki, “İslam məğribində Əl-Qaidə” terror təşkilatı müxtəlif illərdə yeddi oğurlanmış əcnəbi haqqında video yayıb. Video materiala əsasən çəkiliş iyuna aiddir. Materialda oğurlanmış dörd fransız, bir hollandiyalı, bir isveç və bir Cənubi Afrika sakini göstərilir. Parisdə videonun saxta olmadığı bildirilib.

“Mən sağ-salamatam, amma məni ölüm gözləyir” - videoda fransız qrupun lideri Daniel Larib söyləyir. Girov Fransa hökuməti və ailəsindən kömək istəyib. Amma köməyin nədən ibarət olduğu naməlumdur.

Dörd fransız 2010-cu ilin sentyabrın 16-da Nigerdə, digər əcnəbilər 2011-ci ilin noyabrında Malinin şimalında Timbuktu şəhərində oğurlanıb.
“İslam məğribində Əl-Qaidə” terror qruplaşması Əlcəzairdə fəaliyyət göstərir. Təşkilat üzvləri tez-tez əcnəbilərə hücum edərək onları oğurlayır.



AzVision.az


Teqlər:  





Xəbər lenti