Suriyada kimyəvi silahdan istifadə təsdiqləndi

Suriyada kimyəvi silahdan istifadə təsdiqləndi
  17 Sentyabr 2013    Oxunub:1114
BMT-nin Suriyada kimyəvi silahdan istifadə olunması ilə bağlı araşdırma aparan mütəxəssisləri yekun nəticəni elan edib.

Bu barədə məlumat verən qurumun baş katibi Ban Ki-mun bildirib ki, əllərində sarin qazından istifadə ilə bağlı təkzibolunmaz faktlar var. Bununla yanaşı, o kütləvi qırğın silahının kimlər tərəfindən istifadə edildiyini açıqlamayıb. Mun yalnız qeyd edib ki, Suriyada bu günə qədər 14 dəfə kimyəvi silahdan istifadə edilib. Almaniya kəşfiyyatı isə iddia edib ki, avqustun 21-də Qutada 350 litr sarin qazından istifadə edilib.

Bu arada Rusiya Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerrinin müttəfiqlər axtarmasına münasibət bildirib. Vaşınqtonun bu addımından narazılıq ifadə edən Xarici Işlər naziri Lavrov amerikalıları qaydalara uyğun oyun oynamamaqda ittiham edib. Türkiyə isə sərhəddi pozduğu üçün Suriyaya məxsus hərbi vertolyotu vurub.

Məlumatı təsdiqləyən baş nazirin müavini Bülent Arınç qeyd edib ki, dövlətin sərhəddini pozan hər kəsə sərt cavab veriləcək. Vertolyotun sərhəddi pozması və vurulmasını Dəməşq də təsdiqləyib. Lakin Əsəd hakimiyyəti iddia edib ki, sərhəd sırf yanlışlıqla pozulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti