Məhərrəmlikdə mitinq əslində belə olmalıdır – KARİKATURA

  06 Oktyabr 2017    Oxunub : 12205
Məhərrəmlikdə mitinq əslində belə olmalıdır – KARİKATURA
Milli Şuranın sonuncu mitinqinə gələn adam sayının əvvəlkilərdən xeyli az olmasının səbəblərindən biri də dindarların zəif iştirakı idi.
Həqiqətən də, ötən dəfə “Məhsul”da saqqalı kişilər və çadralı qadınlar əvvəlkilərlə müqayisədə az gözə dəyirdilər. Bunun səbəbləri bir neçədir; amma ən əsası budur ki, AXCP sədri Əli Kərimli mitinq ərəfəsində siyasiləşmiş dini kütləni idarə edən mərkəzlərlə razılığa gəlmədiyi üçün, onlar öz adamlarını “Məhsul”a göndərməmişdilər.

Görünür, həmin səhvi aradan qaldırmaq üçün Kərimli budəfəki mitinqi Məhərrəmlik ayına salıb. Bunun nəticə verib-verməyəcəyi hələ ki, bəlli deyil. Amma dindarları cəlb etmək üçün Milli Şuranın rəhbərləri daha çox səy göstərə bilərdilər. Məsələn, Əli Kərimli tribunada zəncir vursa, Cəmil Həsənli halva, Gültəkin Hacəbəyli ilə Nurəddin Məmmədli isə hədik paylasalar, yəqin, insanları mitinqə daha çox cəlb edə bilərdilər... Bax bu, olardı əsl Məhərrəmlik mitinqi!

Kirpi.info

Teqlər: #Milli-Şura   #Mitinq