`Dəməşq BMT-nin tələblərini yerinə yetirəcək`

`Dəməşq BMT-nin tələblərini yerinə yetirəcək`
  16 Sentyabr 2013    Oxunub:1139
Suriya hökuməti BMT-nin istənilən tələblərini yerinə yetirməyə hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Suriya hökuməti Rusiya-ABŞ razılaşmasına əsasən kimyəvi silah arsenalını nəzarətə vermək barədə BMT-nin istənilən tələblərinə əməl edəcəyini bəyan edib. Bu barədə Suriyanın informasiya naziri Omran əl-Zubi bildirib. Nazirin sözlərinə görə, Suriya BMT-nin istənilən qətnamələrini yerinə yetirməyi öhdəsinə götürür.

“Biz kimyəvi silahın ixtisarı üzrə Rusiyanın planını qəbul edirik. Həmin məsələ üzrə artıq siyahı hazırlamağa başlamışıq” - o əlavə edib.

Rusiya ilə ABŞ-ın xarici işlər nazirləri Suriya məsələsi üzrə razılaşıblar. Tərəflər Suriya münaqişəsinin siyasi tənzimlənməsi, hərbi müdaxiləyə yol verməmək və 2014-cü ilin ortalarındək Suriyadan kimyəvi silahın çıxarılması və ya məhv edilməsi üzrə məsələləri müzakirə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti