Türkiyə millisi Azərbaycana rəqib oldu

Türkiyə millisi Azərbaycana rəqib oldu
  01 Oktyabr 2017    Oxunub:2103
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının yarımfinal mərhələsinin sonuncu oyununda Türkiyə və Serbiya yığmaları qarşılaşıb.
Milli Gimnastika Arenasında keçirilən matçın qalibi Serbiya millisi olub. Hər üç setdə türkiyəli voleybolçulardan üstün olan Serbiya millisi oyundan qalib ayrılıb.

Serbiya komandası finalda Niderland voleybolçuları ilə qızıl medallar uğrunda yarışacaq.

Türkiyə millisi isə üçüncü yer uğrunda Azərbaycan yığması ilə üz-üzə gələcək.

AzVision.az


Teqlər: Voleybol  





Xəbər lenti