Uorlik Saakyana: `Nə edəcəksinizsə mənə deyin`

Uorlik Saakyana: `Nə edəcəksinizsə mənə deyin`
  13 Sentyabr 2013    Oxunub:1139
Ceyms Uorlik qondarma qurumun rəhbərliyinə təkliflə çıxış edib
ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Ceyms Uorlik Azərbaycanın işğal olunmuş ərazilərində qondarma qurumun rəhbərliyinə təkliflə çıxış edib.

Uorlikin özünün verdiyi məlumata görə, həmsədr ermənilərə, münaqişənin davamlı və kökündən həllinə xidmət edə biləcək hər hansı fikir və ideyalarını şəxsən ona bildirməyi təklif edib.

Lakin Uorlik bildirib ki bu ideyalar yalnız və yalnız Dağlıq Qarabağ münaqişəsinin, tərəfləri bir araya gətirə biləcək həllinə xidmət etməlidir. Yalnız bu halda ideyalar qəbul olunur. Qeyd edək ki, Dağlıq Qarabağa səfərindən sonra Ceyms Uorlikin regiona səfəri başa çatır.

S.Həsənova


Teqlər:  





Xəbər lenti