İrəvan teatrında qalmaqal: Aktrisa döyüldü

İrəvan teatrında qalmaqal: Aktrisa döyüldü
  13 Sentyabr 2017    Oxunub:7213
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Elçin Hacılı mətbuata açıqlamasında teatrın işçisi olan 3 qadın tərəfindən döyüldüyünü bildirib.
Döyüldüyünü iddia edən aktyor bu qadınlar arasında teatrın mətbuat xidmətinin rəhbəri Nərminə Ağayevanın, aktrisa Sevinc Hüseynovanın və geyim üzrə məsul şəxs olan Məlahət İsmayılovanın olduğunu deyib.

Məsələ ilə bağlı AzVision.az-a danışan teatrın sözçüsü Nərminə Ağayeva bildirib ki, Elçinlə bağlı heç bir döyülmə faktı olmayıb.

“Dava Elçinlə Məlahətin arasında olub. Çünki Elçin onun telefonuna təhqir dolu mesajlar yazırmış, təzyiqlər edirmiş. Məlahət də işə çıxandan sonra Elçindən üzr istəməsini tələb edib. Elçin isə məsələni yoluna qoymaq, üzr istəmək əvəzinə teatrın qadınlarına şər atmağa başlayıb. Onun hər hansısa döyülməsindən söz gedə bilməz. Əksinə o özü qadınlara hücum edib onları vurub.

Mənim adımı isə ona görə çəkib ki, dava zamanı mən də orada olmuşam. Acığından belə edib. Məlahətdən əlavə o teatrın bir neçə qadınını da belə təhqir edib. Sevinc Hüseynova isə onu sakitləşdirməyə çalışırdı.

Elçin onu da, Məlahət xanımı da vurub. Teatra təcili yardım çağrılmışdı.

Teatrımızın direktoru İftixar Piriyev yaranmış narazılıqla bağlı ölçü götürəcək".

Şahanə Rəhimli
AzVision.az



Teqlər: teatr  





Xəbər lenti