"Myanmada insanlıq dramı yaşanır" - Çavuşoğlu Bakıdan səsləndi (VİDEO)

"Myanmada insanlıq dramı yaşanır" - Çavuşoğlu Bakıdan səsləndi (VİDEO)
  06 Sentyabr 2017    Oxunub:2340
"Türkiyə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edən ölkə kimi Myanmada baş verən hadisələri diqqətlə izləyir".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən mətbuat konfransında deyib.

Çavuşoğlu bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı günü bu məsələni diqqətdə saxladı və dünya ölkələrinin liderləri ilə bu məsələni müzakirə etdi.

"Azərbaycana Mayanmardakı hadisə ilə bağlı açıqlamasına görə təşəkkür edirik. Myanmada insanlıq dramı yaşanır. Bütün dünya buna həssas yanaşmalıdır. Təəssüf ki, biz bunu görmürük. Buradan Banqladeşə gedəcəyəm. Biz beynəlxalq aləmlə nə edə biləcəyimiz barədə azərbaycanlı həmkarımla müzakirə apardıq. Arakan məsələsini qalıcı şəkildə həll etməliyik"- Çavuşoğlu bildirib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Çavuşoğlu   Myanma  





Xəbər lenti