Ceyhun Hacıbəylinin memuarı çap olunub

Ceyhun Hacıbəylinin memuarı çap olunub
  29 Avqust 2017    Oxunub:1962
Azərbaycan mühacirət ədəbi-elmi fikrinin görkəmli nümayəndəsi Ceyhun Hacıbəylinin “Bir il xəyallarda... və bütöv bir ömür” memuarı “Təhsil” nəşriyyatında nəfis tərtibatla çap edilib.
Memuar Xalq Yazıçısı Elçin Əfəndiyevin ideya müəllifi və rəhbəri olduğu layihə çərçivəsində nəşr olunub.

İyirmi doqquz yaşından Fransada mühacir həyatı yaşamağa məcbur olmuş C.Hacıbəylinin fransız dilində qələmə aldığı və öz sağlığında nəşr etdirə bilmədiyi “Bir il xəyallarda... və bütöv bir ömür” memuarı ənənəvi avtobioqrafik əsərlərdən, bizə bəlli xatirələrdən tam fərqli bir düşüncənin, maraqlı üslubun, yüksək intellektin bədii məhsuludur.

Əsəri orijinaldan Azərbaycan dilinə Mirzəbala Əmrahov tərcümə edib. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli, elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlıdır.

AzVision.az


Teqlər: Ceyhun-Hacıbəyli  





Xəbər lenti