Siçovulların geosiyasi gəmidən qaçmaq planı – KARİKATURA

Siçovulların geosiyasi gəmidən qaçmaq planı – KARİKATURA
  22 Avqust 2017    Oxunub:3368
Son günlər Ermənistan cəmiyyətində, mediasında, siyasi dairələrdə, hətta parlamentdə ölkənin Rusiyadan uzaqlaşaraq, Qərbə üz tutmasının vacibliyi haqqında fikirlər xeyli intensivləşib.
Ölkənin ictimai xadimləri, siyasətçilər, ekspertlər açıq şəkildə bildirilər ki, Yerevan Rusiya ilə əməkdaşlığı azaldaraq, onun yaratdığı Avropa İqtisadi Birliyi, Gömrük İttifaqı, KTMT kimi qurumlardan çıxaraq, NATO-ya və Avropa Birliyinə can atmalıdır.

Ermənistanda baş qaldıran bu antirusiya dalğasının bir səbəbi var: görünür, onlar Rusiyaya qarşı artan təzyiqləri görüb, Moskvanın indiki çətin vəziyyətdən çıxa bilməyəcəyini düşünürlər. Buna görə də, nə qədər ki, gec deyil, Qərbin çətirinin altına sığınmağa cəhd edirlər. Axı çoxdan məlumdur ki, gəmini birinci siçovullar tərk edir! Ya da ermənilər...



Teqlər: #Ermənistan   #Rusiya   #KTMT   #NATO   #Sarqsyan  





Xəbər lenti