Nazirlik: İsti hava şəraiti ayın 10-dək davam edəcək

Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Bayramova deyib.
“Sabah Bakıda havanın temperaturu 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, bölgələrdə isə 35-40 dərəcə, Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42-43 dərəcə isti, dağlıq ərazilərdə isə 29-34 dərəcə isti gözlənilir"-nazirlik rəsmisi deyib.
Aytən Zəhra
AzVision.az