Sabah 34 dərəcə isti olacaq

Sabah 34 dərəcə isti olacaq
  27 Avqust 2013    Oxunub:1244
Avqustun 28-də Azərbaycan ərazisində hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a bildiriblər ki, avqustun 28-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Şimal-şərq küləyi əsaəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 30-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti