Sabah 34 dərəcə isti olacaq

Sabah 34 dərəcə isti olacaq
  26 Avqust 2013    Oxunub:1300
Sabah Bakıda havanın maksimal temperaturunun 34 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 27-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq.

Havanın temperaturunun gecə 20-25, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir. Şimal küləyi əsəcək, küləyin sürəti gecə və səhər saniyədə arabir 16-18 metrədək güclənəcək.
Avqustun 26-27-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. lakin gecə və axşam saatlarında bəzi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti