Mübarək həbsxananı vertolyotla tərk etdi

Mübarək həbsxananı vertolyotla tərk etdi
  23 Avqust 2013    Oxunub:1102
Misirin keçmiş prezidenti Hüsnü Mübarək paytaxt Qahirədə yerləşən Tora həbsxanasından azad olunaraq cənubdakı hərbi hospitala yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Məhz hərbi hospitalda o ev dustağı olacaq.

Qeyd edək ki, Mübarəkin ev dustağı olması barədə qərarı baş nazir verib. Qərar Misirdəki fövqəladə vəziyyətlə xarakterizə edilib.

Hüsnü Mübarək avqustun 21-də korrupsiya və hakimiyyətdə olarkən vəzifəsindən sui-istifadə ilə bağlı ittihamlara görə bəraət qazandıqdan sonra həbsdən azad edilib. Bundan başqa, keçmiş prezident inqilab zamanı nümayişçilərin öldürülməsində ittiham olunur.

Xatırladaq ki, 30 il hakimiyyətdə olan 85 yaşlı H.Mübarək 2011-ci ilin fevralında hakimiyyətdən devrilib.

Leyla Cavadova


Teqlər:  





Xəbər lenti