“Wikileaks” informatoru özünü qadın edəcək

“Wikileaks” informatoru özünü qadın edəcək
  23 Avqust 2013    Oxunub:1120
Məxfi dövlət sənədlərini “Wikileaks”ə ötürən ABŞ əsgəri Bredli Menninq qadın olmaq istədiyini bildirib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Menninq bu barədə “NBC” telekanalının “Today” proqramında bildirib.

“Mənim adım Çelsi Menninqdir və mən qadınam” – 25 yaşlı B.Menninq söyləyib. Onun sözlərinə görə, o, uşaqlıqdan özünü qadın kimi hiss edib və onu Çelsi deyə adlandırmalarını arzu edib.

Qeyd edək ki, Menninq casusluq ittihamı daxil olmaqla digər cinayətlərə görə 35 il həbs cəzası alıb. Onun vəkili Devid Kumbs ABŞ prezidenti Barak Obamadan Menninqi bağışlamağı istəyib.

AzVision.az


Teqlər:





Xəbər lenti