Ermənistanda inflyasiya artıb

Ermənistanda inflyasiya artıb
  22 Avqust 2013    Oxunub:1274
Hökumət təşviş içərisindədir.
Ermənistanda sürətlə yüksələn inflyasiya nəinki pensiyaları, hətta orta aylıq əmək haqqını geridə qoyub. Belə ki, cari ilin yanvar-iyul aylarında istehlak qiymətinin göstəricisi 4.7 faiz artdığı halda, orta aylıq əmək haqqı cəmi 3.2% yüksəlib. Bu orta hesabla 7 ayın nəticəsidir.

İyulda ayında isə vəziyyət daha da gərginləşib və inflyasiya ilə əmək haqqı artımının nisbəti 8.5%-3.8% olub.

Əhali istehlakçılıq qabiliyyətini demək olar ki, tamamilə itirib.

Xatırladaq ki, cari ilin iyul ayında təbii qaz və elektrik enerjisi tarifləri qəfil artırıldı. Son zamanlar yüksələn inlyasiyanın fonunda enerjidaşıyıcılarının qiymətinin bu cür artması onsuz da məhdud büdcəsi olan erməni ailələrini daha “ekonomiya”etməyə məcbur edir. Əksər ailələr aylarla kommunal xərcləri ödəyə bilmirlər.

Bu gün Ermənistanda kasıblar daha da kasıblayır, varlılar isə daha da varlanırlar. Kasıbların sayı üstünlük təşkil etdiyindən belə getsə Ermənistan yoxsullar ölkəsinə çevriləcək.

S. Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti