BMT təcili toplandı

BMT təcili toplandı
  22 Avqust 2013    Oxunub:1233
Yan Eliasson: "Hücumlara görə kimin məsuliyyət daşımasından asılı olmayaraq kütləvi insan qətliamları humanitar fəlakətdir"
Birləşmiş Millətlər Təşkilatı Suriyada kültəvi şəkildə insanların ölümü ilə nəticələnən kimyəvi silah hücumları ilə əlaqədər təcili iclas keçirib. Nyu Yorkdakı baş qərargahda bir araya gələn təşkilat təmsilçiləri mediyaya qapalı şəkildə müzakirələr aparıblar. BMT-nin baş katib müavini Yan Eliasson görüşlə bağlı çıxışında hücumlara görə kimin məsuliyyət daşımasından asılı olmayaraq kütləvi insan qətliamlarının humanitar fəlakət olduğunu dilə gətirib. Eliason bildirib ki, artıq dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bu münaqişələrə son qoymaq üçün həmrəylik göstərməlidirlər.

Qeyd edək ki, qeyri-rəsmi mənbələr Suriyada təkcə dünən aralarında çoxlu sayda uşaq olmaqla 1300-ə yaxın insanın sarin qazından zəhərlənərək öldüyünü iddia edirlər.



Teqlər:





Xəbər lenti