Azərbaycanlı biznesmeni Türkiyədə amansızlıqla öldürdülər-VİDEO

Azərbaycanlı biznesmeni Türkiyədə amansızlıqla öldürdülər-VİDEO
  21 Avqust 2013    Oxunub:1142
6 nəfər iş adamını rəfiqəsilə birlikdə döyüb və daha sonra güllələyib
Azərbaycanlı iş adamı 41 yaşlı Əli Həmidovu Türkiyədə, Başakşehirdə yerləşən lüks istirahət komplexlərindən birində naməlum silahlə şəxslər tərəfindən ətlə yetirilib. Onun rəfiqəsi 29 yaşlı Rusiya vətəndaşı Asiyat Alaşeva isə xəsarət alııb.

Türkiyə mətbuatında yayılan məlumata görə, 6 nəfər əllərində taxta dəyənəklərlə iş adamının üstünə hücum ediblər. Onlar əvvəlcə Əli Həmidovu və yanındakı qadını ölümcül döyüblər. Bununla ürəkləri soyumayan silahlılar bir neçə dəfə atəş açaraq güllələyiblər. Daha sonra hadisə yerindən qaçıblar.

Əli Həmidov Esenyurt Dövlət xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Onun yaralı rəfiqəsinin isə vəziyyətinin ağır olduğu bildirilir.

Türkiyə polisi artıq cinayətkarların axtarışlarına başlayıb. Qeyd edək ki, hadisə yerində olan yerli sakinlərdən biri Əli Həmidovun xəstəxanaya aparılması səhnəsini lentə alıb.



S.Həsənova


Teqlər:  





Xəbər lenti