Suriyada kimyəvi silahdan istifadə edilir

Suriyada kimyəvi silahdan istifadə edilir
  21 Avqust 2013    Oxunub:1107
Bəşər Əsəd güclərinin kimyəvi silahdan istifadə etməsi nəticəsində 24 nəfər həlak olub
Suriyanın Şam vilayətinin Yermuk qəsəbəsi istiqamatində Bəşər Əsəd güclərinin kimyəvi silahdan istifadə etməsi nəticəsində 22 adamın öldüyü barədə məlumat yayılıb.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu məlumatın yayılmasından az sonra Eriha bölgəsindəki bazar yerinin bombalandığı və 24 nəfərin həlak olduğu bildirildi.

Bu iddialar, Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyasının yaydığı açıqlamada səsləndirilib. Açıqlamada həm də beynəlxalq güclərə çağırış yer alıb:

“Beynəlxalq güclər Suriya xalqına qarşı hər cür silahdan çəkinmədən istifadə edən rejimə qarşı hərəkətə keçməli və verdikləri sözləri yerinə yetirməlidir”.

Suriya Ümumi İnqilab Şurası (SRGC) da kimyəvi silahdan istifadə olunduğunu təsdiq edib.

Bölgədə internet və sabit telefon xəttlərinin kəsildiyini bildirən SRGC-in məlumatında qeyd edilir ki, təxminən 100 min vətəndaş bölgədə qapalı vəziyyətdə qalıb və ölənlərin sayı arta bilər. Məlumatda həmçinin, Şam rəhbərliyinin Yermuk bölgəsinə 6 aydan artıqdır ki, hümanitar yardımın girməsinə icazə vermədiyi vurğulanır.


Teqlər:





Xəbər lenti