Azərbaycanlı ermənini güllələdi

Azərbaycanlı ermənini güllələdi
  20 Avqust 2013    Oxunub:1338
Hadisə Petrozavodskda baş verib.

AzVision.az İnterfax-a istinadən məlumat verir ki, Petrozavodsk polisi tikinti firmalarından birində atışma törədən iki nəfərin axtarışlarına başlayıb. Məlumata görə, atışma nəticəsində tikinti firmasında fəhlə işləyən, Ermənistan vətəndaşı yaralanıb.

Bildirilir ki, sözügedən firmanın fəhlə briqadası yolda təmir işləri apararkən, içərisində iki nəfər olan xarici markalı avtomobil onlara yaxınlaşıb. Fəhlələr yoldan keçməyə maneə yaratdığına görə, onlar arasında dava düşüb.

Daha sonra avtomobildəkilər hadisə yerini tərk edib, bir qədər sonra əllərində silah geri dönüblər. Fəhlələrə bir neçə dəfə atəş açaraq naməlum istiqamətdə hərəkət ediblər.

Fəhlələrdən biri, 29 yaşlı Ermənistan vətəndaşı yüngül yaralanıb. Buna görə də onu xəstəxanaya aparmağa ehtiyac qalmayıb. Şahidlərin sözlərinə görə erməni dilinin badına gedib. Onun azərbaycanlını təhqir etdiyi bildirilir.

Qeyd edək ki, atəş açanlardan biri Petrozavodsk sakini digəri isə onun azərbaycanlı dostu olub. Faktla bağlı cinayət işi qaldırılıb. Günahları sübut olunarsa onları 7 ilədək həbs cəzası gözləyir.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti