Ermənistanda yaşamaqdansa Suriyanı üstün tutdular

Ermənistanda yaşamaqdansa Suriyanı üstün tutdular
  20 Avqust 2013    Oxunub:1220
Suriyadan Ermənistana pənah gətirən ermənilərin yarısı geri dönüb.
Suriyada hələ də davam edən müharibə ucbatından canlarını götürüb Ermənistana qaçan 10 min ermənidən 5 mini geri qayıdıb, ya da üçüncü ölkəyə gedib.

Ermənistan Diaspora Nazirliyinin məlumatına görə, onlar əsas səbəb kimi mənzil və iş problemini göstərib. Suriyalı qaçqınlar Ermənistanda üzləşdiklərin şəraitin Suriyadan daha acınacaqlı olduğunu bildirirlər. Hətta zəngin iş adamları belə bu ölkədə iş qurmaq istəmirlər. Suriyadan gələn Şagen Çərkəzyan isə günəş batareyaları ilə işləyən su qızdırıcıları ilə bağlı ideyasını Ermənistana gətirməkdən vaz keçib. O, Suriyadan gətirməli olduğu cihazları da gətirməyib.

Yeni fabrik açmaqla Çərkəzyan 200 nəfərə iş verə bilərmiş. Lakin Ermənistanda vergi və gömrük haqqının həddindən artıq yüksək olması, eləcə də əhalinin alıcılıq qabiliyyətinin çox aşağı olması Çərkəzyanı bu fikrindən daşınmağa vadar edib. O, bu ideyasını Gürcüstanda həyata keçirəcəyini bəyan edib.

S. Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti