`Müsəlman Qardaşlar`ın lideri həbs olunub

`Müsəlman Qardaşlar`ın lideri həbs olunub
  20 Avqust 2013    Oxunub:1258
Misirdə Müsəlman Qardaşları Şurasının sədri Məhəmməd Badi həbs olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daxili işlər naziri Məhəmməd İbrahim jurnalistlərə aşıqlamasında bildirib ki, ötən gün gecə saatlarında 70 yaşlı M.Badi həbs olunub.

Müsəlman Qardaşlar rəsmisinin Nəsr şəhərindəki evində ikən həbs olunduğu və zirehli maşına mindirilərək polis idarəsinə aparıldığı bildirilir.

Qeyd edək ki, Məhəmməd Badi avqustun 8-də Cümhuriyyət Mühafizəçilərinin Qərargahı önündə sübh namazı qılan aksiya iştirakçılarına atəş açmağı nəticəsində 84 nəfərin həlak olmağına səbəb olmaqda təqsirli bilinir. O, avqustun 25-də məhkəməyə çıxacaq.

Təhülkəsizlik qüvvələrinin Luksor şəhərində keçirdiyi əməliyyatlarda Müsəlman Qardaşların İdarə Heyətindən daha 15 nəfərin saxlanıldığı bildirilir.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti