Filippini sel aparır

Filippini sel aparır
  19 Avqust 2013    Oxunub:1093
Filippində aramsız yağan yağışlar nəticəsində daşqınlar yaranıb.
AzVision.az Reuters-ə istinadən xəbər verir ki, paytaxt Manilada bir sıra hökumət binaları, məktəblər, banklar və özəl şirkətlər bağlanıb. Bəzi sakinlər evlərini tərk etməyə məcbur olub.

Sel nəticəsində üç nəfər ölüb və iki nəfər itkin düşüb. Manilanın cənub-qərbinə gün ərzində 395 mm yağıntı düşüb. Sinoptiklər yağıntıların bir neçə gün davam edəcəyini bildiriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti