Hüsnü Mübarək azad ediləcək

Hüsnü Mübarək azad ediləcək
  19 Avqust 2013    Oxunub:1216
Misirin 2011-ci ildə devrilən keçmiş prezidenti Hüsnü Mübarək azad ediləcək.
AzVision.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Fərid Əl-Dib bildirib. Vəkilin sözlərinə görə, Mübarək 48 saat ərzində həbsdən çıxarılacaq.

“Sadə administrativ prosedur qalıb. Onun 48 saat ərzində həll olunacağı gözlənilir. Bu isə H.Mübarəkin bu həftənin sonunadək azad olunacağı deməkdir” – keçmiş prezidentin vəkili vurğulayıb.

Qeyd edək ki, Hüsnü Mübarək korrupsiya ittihamlarına görə azad olunacaq. 85 yaşlı H.Mübarək hələ də 2011-ci il etirazlarında üsyançıların öldürülməsində ittiham olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti