Sinayda 24 misirli polis öldürüldü

Sinayda 24 misirli polis öldürüldü
  19 Avqust 2013    Oxunub:1549
Sinay yarımadasında 24 Misir polisi öldürülüb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, hadisə Qəzza ilə sərhəddə baş verib. Məmurların verdiyi məlumata görə, polislər iki avtobusda olublar. Qəflətən onlara silahlı şəxslər hücum edib. Partlayış nəticəsində üç polisin xəsarət aldığı bildirilir.

Hadisənin necə baş verməsi barədə məlumat ziddiyyətlidir. Təhlükəsizlik mənbələrinə əsasən polislərin olduğu avtobuslara dörd silahlı şəxs hücum edib, onları avtobusdan çıxardıqdan sonra güllələyib. Digər mənbəyə görə isə avtobusların yanında mina partladılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti