“Əl-Qaidə” dəmir yollarını hədəfə alıb

“Əl-Qaidə” dəmir yollarını hədəfə alıb
  19 Avqust 2013    Oxunub:1263
“Əl-Qaidə” beynəlxalq terror təşkilatının budəfəki hədəfi Avropanın yüksək sürətli dəmir yollarıdır.
AzVision.az Aljazeera-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniyanın “Bild” jurnalı açıqlayıb. İnformasiyaya görə, təşkilat qatarlarda və tunellərdə partladıcı yerləşdirə bilər.

Jurnal bu məlumatı ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (MTA) mənbələrindən aldığını bildirib. MTA isə informasiyanı “Əl-Qaidə”nin telefon danışıqlarını dinləməklə əldə edib. Belə ki, bu ay təşkilatın lideri Eymən Zəvahiri və 20 müxtəlif ərazilərdə yerləşən şəbəkənin danışıqları dinlənilib.

Almaniyalı məmurlar təhlükənin qarşısını almaq üçün tədbirlər görməyə başlayıblar. Qeyd edək ki, ABŞ bu yaxınlarda məhz “Əl-Qaidə”nin ehtimal edilən hücumunun qarşısını almaq üçün müsəlman ölkələrində yerləşən səfirliklərinin çoxunu bağlamışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti