Snoudenin jurnalist tərəfdaşı tutuldu

Snoudenin jurnalist tərəfdaşı tutuldu
  19 Avqust 2013    Oxunub:1122
Böyük Britaniya ABŞ-ın keçmiş kəşfiyyatçısı olan Edvard Snoudenin jurnalist tərəfdaşını Londonun Hitrou hava limanında həbs edib.
28 yaşlı Devid Miranda Braziliya vətəndaşıdır və Britaniyanın “The Guardian” saytına yazır. AzVision.az Reuters-ə istinadən xəbər verir ki, saxlanıldıqdan sonra doqquz saat sorğuya çəkilən Miranda sərbəst buraxılıb. Lakin onun telefonu, noutbuku, fotoaparatı, yaddaş kartı və DVD diski xüsusi xidmət orqanlarının işçiləri tərəfindən götürülüb.

Miranda “The Guardian”ın digər əməkdaşı Qlenn Qrinvoldla birgə Berlindən Braziliyaya gedərkən saxlanılıb. Qeyd edək ki, Mirandanın saxlanılması 2000-ci il terrorizmə qarşı qanun çərçivəsində baş tutub. Həmin qanuna görə, polislər şübhəli vətəndaşları hava limanında saxlaya və onları sorğu-suala çəkə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti