ABŞ Misirdən əlini çəkdi

ABŞ Misirdən əlini çəkdi
  19 Avqust 2013    Oxunub:1197
ABŞ bu andan etibarən Misirə yardım göndərməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə respublikaçı senator Con Makkeyn `CNN`ə açıqlamasında bildirib.

`Əsas mənfəəətimiz, dəyərlərimizin qorunması olmalıdır`, deyən senator, ABŞ-ın Misirə etdiyi hərbi və iqtisadi yardımın dayandırılmasının zəruri addım olduğunu vurğulayıb:

`Əvvəlcə, Misir ordusuna şans vermək istədik. Lakin, ordunun xalqa göstərdiyi təzyiqlərdən sonra yardımların dayandırılmasına qərar verdik`.

İsrailə qarşı bölgədə hər hansı bir təhlükənin olub-olmadığı sualının cavabında isə, Makkeyn , İsrailin özünü müdafiə edə biləcək gücə malik olduğunu qeyd edib.

Mirvari



Teqlər:





Xəbər lenti