`Əliyev və Sarkisyan danışıqlara başlamalıdır`- (VİDEOXƏBƏR)

`Əliyev və Sarkisyan danışıqlara başlamalıdır`- (VİDEOXƏBƏR)
  09 Dekabr 2016    Oxunub:5157
Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyev tezliklə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara başlamalıdır.

AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Hambuqrda keçirdiyi görüşün yekunlarına dair yaydığı birgə bəyanatda bildirilir.

“Həmsədr ölkələr Ermənistan və Azərbaycan liderlərinin görüşünü təşkil etməyə hazırdır. Prezidentlər tezliklə danışıqlara başlamalıdır. Həmsədrlərin iştirakı ilə prezidentlər arasında davamlı və birbaşa dialoq sülh prosesinin irəliləyişi və tərəflər arasında inamın möhkəmləndirilməsi üçün əsas faktor olaraq qalır”-deyə bəyanatda vurğulanıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti