Türkiyə kürd muxtariyyətinə qarşı çıxdı

Türkiyə kürd muxtariyyətinə qarşı çıxdı
  17 Avqust 2013    Oxunub:1225
Türkiyə Xarici İşlər Nazirliyi ölkə rəhbərliyinin Suriyada kürd muxtar regionunun yaradılmasını dəstəklədiyi barədə xəbəri təkzib edib.
AzVision.az xəbər verir ki, Türkiyə Suriya daxilində müəyyən şərtlərlə kürd muxtariyyətinin yaradılması ilə bağlı daha əvvəl yayılmış informasiyanı inkar edib.

“Suriyanın yeni parlamenti yaradıldıqdan sonra, suriyalılar tərəfindən demokratik yolla qəbul edilmiş qərarları qəbul edəcəyik” – nazirliyin bəyanatında vurğulanıb. Hazırda isə əsas məsələ kürd muxtariyyətinin yaradılması deyil, ölkəni idarəetmə strukturunun müəyyən olunmasında demokratik Suriyanın cəhdidir.

Qeyd edək ki, kürdlər Suriya əhalisinin 10 faizini təşkil edir. Hakimiyyətlə müxalifət qüvvələri arasında silahlı konflikt başlandıqdan sonra kürd liderləri öz bitərəfliyini elan etdilər və heç bir tərəfi dəstəkləmədilər.

AzVision.az


Teqlər:





Xəbər lenti