Ermənistan hərbi əsirləri dəyişməyə hazırdır

Ermənistan hərbi əsirləri dəyişməyə hazırdır
  17 Avqust 2013    Oxunub:1297
Ermənistan Müdafiə Nazirliyi azərbaycanlı əsir Firuz Fərəcovun vətənə qaytarılması ilə bağlı müzakirələrə hazır olduğunu açıqlayıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bildirib. Ovannisyan Ermənistanın F.Fərəcovun erməni hərbçisi Akop İnciqulyanla dəyişdirilməsi üçün müzakirələrə hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın hərbi qulluqçusu F.Fərəcov keçən ilin iyulun 26-da ermənilərə əsir düşüb. Ermənistan əvvəl azərbaycanlı əsirin üçüncü ölkəyə getməsi barədə məlumat yaymışdı. Bir gün əvvəl Ermənistan müdafiə nazirinin müavini David Tonoyan Beynəlxalq Qırmızı Xaç komitəsinin nümayəndəsi ilə görüşü zamanı F.Fərəcovun Azərbaycana qayıtmaq istədiyini söyləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti