Suriyada kürd muxtariyyəti yaradılacaq

Suriyada kürd muxtariyyəti yaradılacaq
  16 Avqust 2013    Oxunub:1176
Ankara Suriyanın şimalında muxtar kürd regionunun yaradılmasına etiraz etməyəcəyini bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən Suriya kürdlərinin liderlərindən biri Saleh Müslüm bildirib.

Məlumata əsasən, Türkiyənin Xarici İşlər Nazirliyi və kəşfiyyat xidmətinin nümayəndələri avqustun 14-də Müslümlə görüşüb. Danışıqlar zamanı Suriyanın şimalında kürd muxtariyyətinin hansı şərtlərlə yaradılması müzakirə olunub. Belə ki, demokratik rejim qurulmazdan qabaq Suriya parlamenti uyğun qərarı qəbul etməlidir.

Hazırda Ankara Suriya daxilində kürd əhalisinin müstəqil idarə olunan region yaratmasına qarşı çıxır. Türk hökuməti ehtiyat edir ki, vətəndaş müharibəsi şəraitində bu cür muxtariyyətin yaradılması kürdlərin daha çox məskunlaşdığı Türkiyənin cənub-şərqinin müstəqilliyinə can atan Kürd fəhlə partiyasına dəstək ola bilər.

Türklərlə danışıqlar zamanı Müslüm vurğulayıb ki, hazırda Suriyanın şimalında kürdlər muxtariyyətə və ya müstəqilliyə nail olmağa hazırlaşmır, çünki onlar öz gələcəyini Suriya tərkibində görürlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti