İvanişvili: “Saakaşvilini də özünüzlə aparın” – VİDEO

İvanişvili: “Saakaşvilini də özünüzlə aparın” – VİDEO
  16 Avqust 2013    Oxunub:1039
Gürcüstan prezidenti Mixail Saakaşvili ilə baş nazir Bidzina İvanişvilinin ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “BULKELEY” gəmisindəki görüşü KİV-in diqqət mərkəzində qalıb.
AzVision.az xəbər verir ki, Gürcüstan prezidentinin baş nazir Bidzina İvanişvili ilə görüşü ABŞ nümayəndə heyətinin iştirakı ilə baş tutub. “Gürcüstan Online” agentliyi gəmi kapitanı ilə söhbətdən ibarət mətni bu cür dərc edib:

Kapitan: Bu gəmini 11 ildir idarə edirəm və ilk dəfə prezident baş nazirlə birgə mənim gəmimə minir.

İvanişvili: Ən vacibi odur ki prezident buradadır. Prezidentlik müddəti bitdikdən sonra onu özünüzlə apara bilərsiniz.

Kapitan: Gürcüstana dənizlə daxil olanda onun gözəlliyinin şahidi olursan.

İvanişvili: Zaman keçdikcə dənizin rəngi qaralıb.

Kapitan: Gürcüstana girəndə buradakı dağların gözəlliyini, hündür binaları görürsən... Bunlar çox gözəldir.

İvanişvili: Prezidentimiz onun rəngini dəyişib.



AzVision.az


Teqlər:





Xəbər lenti