Ağ Evdən çağırış:`Misiri tərk edin`

Ağ Evdən çağırış:`Misiri tərk edin`
  16 Avqust 2013    Oxunub:1275
ABŞ rəhbərliyi Misirdə yaşanan hadisələrlə əlaqədar vətəndaşlarına çağırış edib.
ABŞ, Misirdə demokratiya tərəfdarlarına qarşı aparılan qanlı mübarizəni pisləyib və Misirə göndərilən hərbi və iqtisadi yardımların bir daha nəzərdən keçiriləcəyini açıqlayıb.

AzVision.az `Anadolu` agentliyinə istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada bildirilir ki, Misirdə baş verən son hadisələr ABŞ vətəndaşlarının təhlükəsizliyini təhlükə altına alır və təcili olaraq ABŞ vətəndaşları Misiri tərk etməlidir.

Qeyd edək ki, bundan bir müdət öncə ABŞ Xarici İşlər Nazirliyi Misirə səyahət edən ölkə vətəndaşlarını diqqətli olmağa səsləmişdi.

Mirvari



Teqlər:





Xəbər lenti